Sabah “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək
Sabah COP29 çərçivəsində Urbanizasiya, Turizm və Nəqliyyat Günü olacaq.
Bu barədə “Far.Az” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, həmin gün “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.
Tədbirdə davamlı şəhər nəqliyyatı infrastrukturunun inkişaf etdirilməsi, karbon emissiyasının azaldılması, nəqliyyat sektorunun yaşıllaşdırılması yolu ilə havanın keyfiyyətinin yaxşılaşdırılması, bu məsələlərin dövlətlərin siyasətinə daxil edilməsi müzakirə olunacaq.
Ekoloji baxımdan dünyanın qabaqcıl şəhərləri ətraf mühitin qorunması və havanın çirklənməsinin qarşısının alınmasında əsas addımlardan biri kimi elektrik avtobuslarından istifadəni görür.
Xatırladaq ki, bir müddət əvvəl Bakı şəhərində Zığ Elektrik Avtobus Parkı istifadəyə verilib. Hazırda avtobus parkı elektrik mühərrikli 160 ədəd avtobusdan ibarətdir. 2024-cü il istehsalı olan bu avtobusların istismar müddəti 15 il, sərnişin tutumu 83 nəfərdir.
Bundan əlavə, həyata keçirilən islahatlar nəticəsində taksi avtoparkı da yenilənir və ölkəyə çoxlu sayda elektromobillər idxal olunur. 150 ədəd “LEVC TX5” markalı “plug-in hibrid” taksilər də gətirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - YENİLƏNİB
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Tramp: İranla münaqişə seçkilərdən sonra başa çata bilər
-
Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək - EKSKLÜZİV
-
Bəqai: Hörmüz boğazı ilə bağlı İran-Oman danışıqlarının nəticələri açıqlanacaq
-
Azərbaycanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 334 mindən çox şəxs qəbul edilib













