Fransada etiraz aksiyaları zamanı təxminən 2 400 nəfər saxlanılıb - Yenilənib-2
Far.Az xəbər saytı

Fransada etiraz aksiyaları zamanı təxminən 2 400 nəfər saxlanılıb - Yenilənib-2


Oktyabrın 17-də Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı 2 397 nəfər saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə "Agence France-Presse" (AFP) Fransa Daxili İşlər Nazirliyinə istinadən xəbər yayıb.

Nazirliyin məlumatına görə, toqquşmalarda 997 polis və jandarma əməkdaşı yaralanıb, onlardan yeddisinin xəsarəti ağırdır.

Fransa Prezidenti Emmanuel Makron bazar günü axşam xalqa təcili müraciətində hökumətdən nümayişlərlə müşayiət olunan genişmiqyaslı küçə iğtişaşlarının təkrarlanmasının qarşısını almaq üçün sərt tədbirlər görməyi tələb edib.

O, iğtişaşlarda iştirak edənlərin məsuliyyətə cəlb olunacağını, mağazaların talanında və binaların dağıdılmasında iştirak edənlərdən kompensasiya tələb ediləcəyinə söz verib.

Fransada baş verən genişmiqyaslı etiraz aksiyaları və polislə toqquşmalar zamanı hüquq-mühafizə orqanları 1 800-dən çox şəxsi saxlayıb.

"Report"un məlumatına görə, bu barədə Fransanın daxili işlər naziri Loran Nünyes "X" sosial şəbəkəsində paylaşım edib.

"Hazırda 1 800 nəfər saxlanılıb. Təqsirkarların müəyyən edilərək məhkəmə qarşısına çıxarılması məqsədilə araşdırma aparılır", - o bildirib.

Nazir vurğulayıb ki, etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının 500-dən çox əməkdaşı xəsarət alıb.

Nünyes əlavə edib ki, iğtişaşçılarının hərəkətləri nəticəsində yüzlərlə mağaza sahibi də zərər çəkib.

Fransanın paytaxtı Parisdə iğtişaşlar zamanı azı 855 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Məlumata görə, ötən gün radikallar tərəfindən yandırılan meriya binasının zəng qülləsinin uçduğu Limojda daha 17 nəfər nəzarət altındadır.

Telekanalın məlumatına görə, etirazçılarla polis arasında baş verən toqquşmalar hüquq-mühafizə orqanları əməkdaşlarının yaralanmasına səbəb olub: Parisdə 13 polis və iki yanğınsöndürən xəsarət alıb. Qeyd olunub ki, etirazçılar arasında ölən var: yürüş iştirakçılarından birinin halı pisləşib, o, təcili yardım şöbəsində vəfat edib.

Eyni zamanda, Fransanın hüquq-mühafizə orqanları yağmaçılıq hallarının sayında kəskin artım qeydə alıb. "France 24" telekanalının məlumatına görə, cinayətkarlar etirazları bəhanə edərək Marseldə zərgərlik salonlarını, bahalı geyim və kosmetika mağazalarını dağıdıblar. Lildə "Apple" mağazasına, Nitsada isə idman geyimləri mağazalarına və motosalona soxulublar. Həmçinin etirazçıların qarət etdikləri əşyaları küçələrə səpələdikləri və vitrinləri sındırdıqları müşahidə edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib
IDEA Bərdə və Beyləqanda kütləvi ağacəkmə aksiyaları təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər