Fransada hərbi bazalar üzərində dron uçuşları ilə bağlı məhkəmə araşdırması başlanıb
Far.Az xəbər saytı

Fransada hərbi bazalar üzərində dron uçuşları ilə bağlı məhkəmə araşdırması başlanıb


Fransanın Tulon regionunda son hərbi təlimlər zamanı hərbi obyektlərin yaxınlığında və onların üzərində pilotsuz uçuş aparatlarının (PUA) bir neçə icazəsiz uçuşu qeydə alınıb.

"Far.Az" xəbər verir ki, bu barədə Fransa mediası ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) bəyanatına istinadən məlumat yayıb.

"Hazırda heç bir mühüm infrastruktur təhlükəyə məruz qalmayıb. Məhkəmə araşdırması başlanıb. Hər bir halda daxili təhlükəsizlik qüvvələri ilə koordinasiyalı şəkildə antidron sistemləri işə salınaraq nəzərdə tutulmuş təhlükəsizlik tədbirləri görülüb", – bəyanatda qeyd olunub.

Bildirilib ki, insidentlər oktyabrın 5-16-sı Tulon hərbi limanının müdafiəsi və qorunması üzrə keçirilən "Typhon" birgə təlimləri zamanı baş verib.

Medianın məlumatına görə, dron uçuşları hərbi dəniz bazası, Tulondakı Silahlanma Baş İdarəsinin obyekti, eləcə də Yer şəhərindəki 54-cü artilleriya alayı ərazisində qeydə alınıb.

Oxşar xəbərlər

FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər