Yeni prokuror tanınmış hakimin oğludur
Far.Az xəbər saytı

Yeni prokuror tanınmış hakimin oğludur


Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

Far.Az "Unikal"a istinadən xəbər verir ki, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmiş üzvü, tanınmış hakim Mansur İbayevin oğludur.

Qeyd edək ki, M.İbayev 1964-cü ildən məhkəmə orqanlarında işləməyə başlayıb.

Qubadlı, Ağdaş, Göyçay rayonlarında məhkəmə sədri, 1976-cı ildən 2000-ci ilə qədər Ali Məhkəmənin üzvü, 2000-ci ildən 2012-ci ilə kimi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi, eyni zamanda Məhkəmə Hüquq Şurasının və Mərkəzi Seçki Komissiyasının üzvü vəzifələrində işləyib.

2006-cı ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

O, bir sıra səs-küylü cinayətlərlə bağlı məhkəmə proseslərinə hakimlik edib.

Mansur İbayev 2024-cü ilin avqust ayında vəfat edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ağsu, Göyçay, Zərdab və Kürdəmirdə Anım Günü ilə əlaqədar silsilə tədbirlər baş tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər