Zelenski xəbərdar etdi: Kramatorsk və Slavyansk təslim edilsə, müharibə Dnepropetrovska keçəcək
Far.Az xəbər saytı

Zelenski xəbərdar etdi: Kramatorsk və Slavyansk təslim edilsə, müharibə Dnepropetrovska keçəcək


Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, əgər Ukrayna Donetsk vilayətindəki Slavyansk və Kramatorsku Rusiyaya güzəştə getsə, müharibə qonşu Dnepropetrovsk vilayətinə yayıla bilər.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri "The Diary Of A CEO" podkastında bildirib.

V.Zelenskinin sözlərinə görə, Rusiya Ukraynanın şərqini – ölkənin sənaye və maşınqayırma mərkəzini ələ keçirməyə çalışır. Bundan əlavə, orada yaxşı möhkəmləndirilmiş müdafiə xətti yaradılıb.

O qeyd edib ki, hazırda bir çoxları təhlükəsizlik zəmanətləri barədə danışır və Ukrayna bu məsələnin müzakirəsinə açıqdır. Lakin, onun sözlərinə görə, Rusiya Ukrayna qoşunlarının daha da geri çəkilməsini istəyir.

V.Zelenskinin sözlərinə görə, Rusiya bu gün Ukrayna ərazisinin təxminən 18-19 %-nə nəzarət edir. O xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp tərəfləri kompromis axtarmağa çağırır:

"Artıq getdiyimiz ən böyük kompromis – atəşkəsdir. Gəlin sadəcə bu müharibəni dayandıraq. Mən dəfələrlə ABŞ Prezidentinə deməyə çalışmışam: sadəcə bizi anlayın. Xətləri sadəcə indi olduğumuz yerdə saxlamaq – çox böyük bir kompromisdir".

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər