Azərbaycan Premyer Liqası: IX turun açılış oyununda "Qəbələ" "Araz-Naxçıvan"ı məğlub edib
Far.Az xəbər saytı

Azərbaycan Premyer Liqası: IX turun açılış oyununda "Qəbələ" "Araz-Naxçıvan"ı məğlub edib


Misli Premyer Liqasında IX tura start verilib.

"Far.Az"un məlumatına görə, günün ilk oyununda "Araz-Naxçıvan" Şamaxıda "Qəbələ"ni qəbul edib.

Qonaqlar Şamaxı şəhər stadionunda baş tutan qarşılaşmadan qalib ayrılıb - 2:1.

"Qırmızı-qaralar"ın qollarını 8-ci dəqiqədə İsmael Akinade, 48-ci dəqiqədə İsaak Amoah vurublar. Meydan sahiblərindən 36-cı dəqiqədə Mohamed Mara fərqlənib.

Qələbə sayəsində xallarını sayını 7-yə çatdıran "Qəbələ" 9-cu pillədə qərarlaşıb. "Araz-Naxçıvan" 2 xalla sonuncu - 12-ci sırada qalıb.

Günün ikinci görüşündə "Zirə" doğma meydanda "Sumqayıt"ı sınağa çəkəcək.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında IX tura oktyabrın 25-də yekun vurulacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər