Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
Far.Az xəbər saytı

Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib


Bu gün FIFA Şurası Bürosunun iclası keçirilib.

"Report" AFFA-ya istinadən xəbər verir ki, iclasda Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatının tarixi rəsmən açıqlanıb.

Yarış 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq. Dünya çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, turnirin rəsmi brendi oktyabrın 16-da təqdim olunub. Gənc futbolçulara və onları dəstəkləyən azarkeşlərə ünvanlanan "Bu oyun sənlikdir" rəsmi şüarı yeni nəsil futbol ulduzlarını tarix yazmağa dəvət edir. Həmçinin FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendi Bakının simvolik məkanlarından olan Qız Qalasında, eyni zamanda Bakı Olimpiya Stadionunda xüsusi proyeksiya ilə nümayiş etdirilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər