Zelenski Oslodakı danışıqların detallarını açıqlayıb
Far.Az xəbər saytı

Zelenski Oslodakı danışıqların detallarını açıqlayıb


Norveçin paytaxtı Osloda Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi, enerji barışığı və Rusiya ilə Ukrayna liderləri Vladimir Putinlə Volodimir Zelenskinin mümkün görüşü müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti özünün "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya tərəfinə təqdim edəcəyi sənəddə müxtəlif növ təhlükəsizlik zəmanətləri qeyd olunub.

"Rusiya Ukraynanın enerji obyektlərinə hücumları dayandırarsa, Ukrayna Rusiya enerji sektorunun həssas obyektlərinə zərbələr endirməməyə hazırdır. Kiyev Vaşinqtonun enerji barışığı ilə bağlı təklifini dəstəklədi, lakin Moskva zərbələr endirməyə davam etdi. Biz nizamlanma üçün müxtəlif variantlar təklif edirik və həll yolu axtarmağa davam edirik", - o qeyd edib.

O həmçinin yalnız ən yüksək səviyyədə nizamlana biləcək məsələlərin həlli üçün liderlərin mümkün üçtərəfli görüşü ideyası üzərində iş aparıldığını bildirib. Zelenskinin sözlərinə görə, Uitkoff oktyabrın 21-də Rusiyaya səfəri zamanı bu təklifi Putinlə müzakirə edəcək.

Xatırladaq ki, oktyabrın 20-də Osloda Avropa, Ukrayna və ABŞ nümayəndələri arasında görüş keçirilib. Finlandiya Prezidenti Aleksandr Stubb qeyd edib ki, danışıqlarda Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında real irəliləyiş əldə olunub.

Oxşar xəbərlər

Düşənbədə İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü keçirilir
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər