Azərbaycanda içki idxalına çəkilən xərclər 13 %-dən çox artıb
Far.Az xəbər saytı

Azərbaycanda içki idxalına çəkilən xərclər 13 %-dən çox artıb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 98,756 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.

"Far.Az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 49,4 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 2,4 % azdır.

Bu məhsulların idxalı Azərbaycanın ümumi idxalının 0,74 %-ni, ixrac isə ölkənin ümumi ixracının 0,21 %-ni təşkil edib.

Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb.

.

Oxşar xəbərlər

Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycan alkoqollu və alkoqolsuz içkilərin idxalı ilə bağlı xərclərini 13 %-dən çox artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər