Reuters: Rusiya 6 ATACMS raketindən cəmi ikisini zərərsizləşdirə bilib
Far.Az xəbər saytı

Reuters: Rusiya 6 ATACMS raketindən cəmi ikisini zərərsizləşdirə bilib


Ukrayna Silahlı Qüvvələri Rusiyanın Bryansk vilayətindəki anbara səkkiz ATACMS ballistik raketi ilə zərbə endiriblər, Rusiyanın hava hücumundan müdafiə sistemləri yalnız ikisini ələ keçirə biliblər.

“Far.Az” xəbər verir ki, bu barədə “Reuters”in Pentaqondakı müxbiri İdris Əli sosial şəbəkədə yazıb.

“Amerika rəsmisi Ukraynanın ilk dəfə Rusiya daxilində ATACMS raketlərindən istifadə etdiyini təsdiqləyir. Digər rəsmi mənbə bildirir ki, Rusiya ukraynalılar tərəfindən atılmış səkkiz raketin ikisini ələ keçirə bilib”, – jurnalist qeyd edib.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Müdafiə Nazirliyi Ukrayna hərbçilərinin ABŞ istehsalı olan ATACMS raketləri ilə Bryansk vilayətinə zərbə endirdiyini bildirmişdi. Müdafiə Nazirliyi beş raketin vurulduğunu, altıncının isə zədələndiyini iddia edib.

Oxşar xəbərlər

İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
CNN: ABŞ Kiyevə çox sayda “ATACMS” tədarük etmək fikrində deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər