"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Far.Az xəbər saytı

"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib


Bu gün "SWISS" aviaşirkətinə məxsus Sürix–Şanxay istiqamətli SWR-188 reysi üzrə uçuş həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş etmək üçün müraciət edib.

"Far.Az" bu barədə Bakı Aeroportuna istinadən xəbər verir.

Məlumata görə, məcburi enişin səbəbi sərnişinlərdən birinin sağlamlıq vəziyyətinin pisləşməsi olub.

"Airbus A350-900" tipli hava gəmisi yerli vaxtla saat 19:21-də Bakı hava limanına uğurla eniş edib.

"Aeroportda xəstələnən sərnişinə tibbi personal tərəfindən ilkin yardım göstərilib. Uçuşun davam etdirilməsi ilə bağlı qərar hava gəmisinin kapitanı tərəfindən veriləcək", - Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
İranın dron hücumundan sonra Naxçıvan aeroportundan - FOTOREPORTAJ
"Nine Senses"də Sağlamlıq Həftəsi çərçivəsində Sağlamlıq Günü keçirildi
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər