Azərbaycan və Böyük Britaniya arasında iqtisadi tərəfdaşlıq müzakirə edilib
Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələrinin strateji tərəfdaşlıq istiqamətində inkişafı, qarşılıqlı investisiyaların təşviqi və qeyri-neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, müzakirələr Birləşmiş Krallığa işgüzar səfər çərçivəsində bu ölkənin Baş nazirinin biznes və investisiyalar üzrə xüsusi müşaviri Varun Çandra ilə görüşdə baş tutub.
Eyni zamanda görüşdə sənaye, enerji, ticarət, maliyyə xidmətləri və investisiya sahələrində birgə təşəbbüslərin perspektivləri, Britaniya şirkətlərinin və institusional investorların Azərbaycandakı layihələrə cəlb olunması imkanları barədə fikir mübadiləsi aparılıb. Ölkələrin işgüzar dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin, yeni investisiya layihələrinin həyata keçirilməsində Britaniyanın təcrübə, texnologiya və maliyyə imkanlarından istifadənin əhəmiyyəti vurğulanıb.
Böyük Britaniyaya işgüzar səfərimiz çərçivəsində Baş nazirin biznes və investisiyalar üzrə xüsusi müşaviri Varun Çandra ilə görüşdük. #Azərbaycan – #BirləşmişKrallıq #iqtisadi əlaqələrinin strateji tərəfdaşlıq istiqamətində inkişafı, qarşılıqlı investisiyaların təşviqi və #qeyrineft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik. #Sənaye, #enerji, #ticarət, maliyyə xidmətləri və #investisiya sahələrində birgə təşəbbüslərin perspektivləri, Britaniya şirkətlərinin və institusional investorların Azərbaycandakı layihələrə cəlb olunması imkanları barədə fikir mübadiləsi apardıq. Ölkələrimizin işgüzar dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin, yeni investisiya layihələrinin həyata keçirilməsində Britaniyanın təcrübə, #texnologiya və maliyyə imkanlarından istifadənin əhəmiyyətini vurğuladıq. #EconomyAz
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 26, 2026
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
-
Neymar qırmızı vərəqə almasını irqçilik təzahürü adlandırıb
-
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb
-
"Sabah" "Qarabağ"ı qəbul edəcək
-
Türkiyədə ağır yol qəzasında 3 nəfər ölüb, 4 nəfər yaralanıb
-
İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqladı













