Azərbaycanlı jurnalist Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçilib
"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçilib.
"Report" xəbər verir ki, Təqdimat Qırğızıstanın paytaxtı Bişkekdə, Yusuf Balasaqun adına Qırğız Milli Universitetində Türk Dünyası Jurnalistlər Federasiyası tərəfindən keçirilən Türk Dünyası Qırğızıstan Jurnalistlər Çalıştayı çərçivəsində baş tutub.
Qırğızıstan Jurnalistlər Birliyinin sədri İlyasbek Baltaşev tərəfindən Aqil Ələsgərə birliyin fəxri üzvlük vəsiqəsi, həmçinin "Ən yaxşı jurnalist" medalı təqdim edilib.
İlyasbek Baltaşev qeyd edib ki, Qırğızıstan Jurnalistlər Birliyi 20 ildən çoxdur ki, fəaliyyət göstərir:
"İlk dəfədir ki, biz ölkə xaricindən jurnalistləri təltif edirik. Bu təltif türk xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin media müstəvisində gücləndirilməsi, ortaq dəyərlərin təbliği və jurnalistlər arasında peşəkar əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətinə verilən qiymətdir".
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
-
Neymar qırmızı vərəqə almasını irqçilik təzahürü adlandırıb
-
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb
-
"Sabah" "Qarabağ"ı qəbul edəcək
-
Türkiyədə ağır yol qəzasında 3 nəfər ölüb, 4 nəfər yaralanıb
-
İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqladı













