Ali audit orqanlarının müstəqilliyinin gücləndirilməsi müzakirə edilib
Far.Az xəbər saytı

Ali audit orqanlarının müstəqilliyinin gücləndirilməsi müzakirə edilib


Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş "Ali audit orqanının dövlət idarəetmə sistemində rolu və yeri: müstəqillik səmərəliliyin və etimadın əsası kimi" mövzusunda keçirilən beynəlxalq dialoqda iştirak edib.

"Far.Az" bu barədə Palataya istinadən xəbər dverir.

Məlumata görə, bu, Qırğızıstan Hesablama Palatasının yaradılmasının 30 illik yubileyi münasibətilə təşkil olunmuş təntənəli tədbirlər çərçivəsində baş tutub. Yubiley tədbirlərində qurumun əməkdaşları, beynəlxalq ali audit orqanlarının (AAO) rəhbərləri və INTOSAI-ın İnkişaf Təşəbbüsünün (IDI) nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Qırğızıstan Hesablama Palatasının sədri Almazbek Akmatov qonaqları salamlayaraq, bu əlamətdar gündə nümayiş etdirilən beynəlxalq həmrəyliyə görə təşəkkürünü bildirib. Daha sonra V.Gülməmmədov və digər xarici ali audit orqanlarının rəhbərləri çıxış edərək qırğız həmkarlarını yubiley münasibətilə təbrik ediblər.

Müzakirələr zamanı Hesablama Palatasının nümayəndəsi məruzə ilə çıxış edərək Azərbaycanın kənar dövlət maliyyə nəzarəti sahəsində əldə etdiyi qabaqcıl təcrübəni bölüşüb. Tədbirdə ali audit orqanlarının müstəqilliyinin gücləndirilməsi və fəaliyyətlərinin təkmilləşdirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində, həmçinin xarici tərəfdaşlarla ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə nümayəndə heyətinin bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər