Azərbaycan və Vyetnam ali auditdə rəqəmsal texnologiyaların tətbiqini müzakirə edib
Azərbaycan və Vyetnam arasında ali audit sahəsində rəqəmsal texnologiyaların tətbiqi müzakirə edilib.
"Report" bu barədə Hesablama Palatasına istinadən xəbər verir.
Məlumata görə, Palatanın sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti "Dəyişən dünyada ali audit orqanları: vizyon, institusional çərçivə və innovasiya" mövzusunda yüksək səviyyəli beynəlxalq konfransda iştirak etmək məqsədilə Vyetnamda səfərdədir.
Səfər çərçivəsində nümayəndə heyəti Vyetnam Dövlət Audit Ofisinin baş auditoru Nguyen Hu Ngiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı iki ali audit orqanı arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət imkanları müzakirə olunub.
Tərəflər dövlət auditinin təkmilləşdirilməsi, audit proseslərində innovativ yanaşmaların və rəqəmsal texnologiyaların tətbiqi, həmçinin peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
-
Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək
-
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
-
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
-
Tehran rejimi təmsilçisinin kütlüyü – öz gözündə görmədiyi tir
-
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirib













