Azərbaycanda əmlak sığortası bazarı 20 %-dən çox böyüyüb
Far.Az xəbər saytı

Azərbaycanda əmlak sığortası bazarı 20 %-dən çox böyüyüb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əmlak sığortası üzrə 219,597 milyon manat sığorta haqqı toplanılıb.

"Far.Az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20,2 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 37,307 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 19,1 % çoxdur.

9 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 17 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 17,2 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 248,485 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,9 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 882,723 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 29,1 % çoxdur.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 70,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 59,1 manat olub.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Zakir Nuriyev: "Məqsədimiz maliyyə ekosisteminin daha səmərəli inkişafına töhfə verməkdir"
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Azərbaycanda könüllü sığorta bazarı 13 %-ə yaxın böyüyüb
Azərbaycanda həyat sığortası üzrə ödənişlər 34 %-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər