Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 4 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 275 min 976 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 4 % çoxdur.
9 ayda qeydiyyata alınmış mülkiyyət hüququnun 51 427-si (19 %) ilkin, 224 549-u (81 %) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə, 1 il əvvələ nisbətən müvafiq olaraq 3,4 % və 4,1 % çoxdur.
Hesabat dövründə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatı üzrə 3,4 %, alqı-satqı üzrə 13,1 %, vərəsəlik üzrə 5,4 %, bağışlama üzrə 13 %, digər əməliyyatlar üzrə aparılan qeydiyyatların sayında isə 17,4 % artım müşahidə olunub.
Eyni zamanda, əvvəllər yaranmış hüquqlar üzrə qeydiyyatların sayında isə 30,1 % azalma qeydə alınıb. Bu temp əsasən "Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında" ölkə Prezidentinin 7 oktyabr 2021-ci il tarixli fərmanının icrasının yekunlaşması ilə bağlıdır.
Son 1 ildə mülkiyyət hüququnun dövlət qeydiyyatında mənzillər üzrə 2,9 %, fərdi yaşayış və bağ evləri üzrə 16,8 %, qeyri-yaşayış sahələri üzrə 11,6 %, qeyri-yaşayış binaları üzrə 9,3 % artım, çoxmərtəbəli yaşayış binaları üzrə 26,3 %, əmlak kompleksi kimi müəssisələr üzrə 5,6 %, torpaq sahələri üzrə isə 0,7 % azalma olub.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 81 239-u Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşüb.
Yanvar-sentyabr aylarında 49 646 ipoteka və 5 692 yüklülüyün (icarə və istifadə) dövlət qeydiyyatı aparılıb. Bu isə ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 10,9 % və 11,5 % artım deməkdir.
9 ayda daşınmaz əmlak obyektləri üzrə texniki pasportların sayı isə 2,5 % artaraq 193 414 olub.
Oxşar xəbərlər
Bu gündən avtobus və metroda gedişhaqqı 60 qəpik oldu
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Metroda nələr dəyişib? - Rəsmi göstəricilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
-
Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək
-
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
-
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
-
Tehran rejimi təmsilçisinin kütlüyü – öz gözündə görmədiyi tir
-
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirib













