Bakıda dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜSÜ - Skuterçi öldü
Far.Az xəbər saytı

Bakıda dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜSÜ - Skuterçi öldü


Bakıda skuterin iştirakı ilə qəza olub.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Far.Az-ə verilən məlumata görə, bu gün səhər saat 04:00 radələrində, paytaxtın Nərimanov rayonu ərazisində, Aqşin Mirzəbəylinin idarə etdiyi "Toyota" markalı avtomobillə skuter sürən Abdulla Əliyev vurulub.

Svetoforla nizamlanan piyada keçidində kobud qayda pozuntularının müşayəti ilə baş verən qəzada 23 yaşlı A.Əliyev hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha skuter və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarının həyat əhəmiyyətli olduğunu unutmamağa, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır!

Oxşar xəbərlər

Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər