Ronaldonun cəzası müzakirələrə səbəb oldu - Millidən imtina edə bilər
Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldonun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişədən sonra aldığı cəza müzakirələrə yol açıb. Futbolçunun cəzanı yüngülləşdirmək istədiyi, eyni zamanda milliyə qayıtmaq niyyətində olmadığı iddia edilir.
Far.Az xəbər verir ki, münaqişənin səbəbi Ronaldonun Millətlər Liqasında Norveçlə keçirilən oyunda baş verən hadisəyə münasibəti olub.
Baş məşqçi Jezuş onu isinmə hərəkətləri etmək üçün meydana göndərsə də, sonradan oyuna buraxmayıb. Bundan narazı qalan Ronaldo komandanın düşərgəsini özbaşına tərk edib və məşqçidən açıq şəkildə üzr istəməsini gözləyib.
Ronaldo hətta Jezuşun mətbuat konfransında səsləndirməli olduğunu düşündüyü üzrxahlıq mətnini də özü formalaşdırıb. Həmin mətndə məşqçinin Pele və Maradona səviyyəsində futbolçunu meydana buraxmamaqla səhv etdiyini etiraf etməsi nəzərdə tutulub.
Müəllifin fikrincə, Ronaldonun bu davranışı onun millidəki rolunu qəbul etməkdə çətinlik çəkdiyini göstərir. 41 yaşlı hücumçu əvvəlki illərlə müqayisədə artıq komandanın əsas ulduzu rolunda çıxış etməsə də, təcrübəli futbolçu kimi milliyə fayda verə bilər. Bunun üçün isə onun daha çox ehtiyat oyunçu və komanda yoldaşlarına təcrübəsini ötürən lider rolunu qəbul etməsi vacibdir.
Ronaldunun cəzası niyə tənqid olunur?
Portuqaliya Futbol Federasiyası baş verənlərdən sonra Ronaldunu 255 avro məbləğində cərimələyib və bir ay müddətinə millinin oyunlarından kənarlaşdırıb. Lakin bu cəza formal xarakter daşıyır.
Bunun əsas səbəblərindən biri cəzanın müddətidir. Bildirilir ki, diskvalifikasiya sentyabrın 30-dan hesablanır, Portuqaliya millisinin növbəti oyunu isə noyabrın 14-də keçiriləcək. Beləliklə, cəza faktiki olaraq futbolçunun qarşıdakı matçda iştirakına təsir göstərməyə bilər.
Digər məqam isə Ronaldonun qazancıdır. "Forbes" nəşrinin məlumatlarına istinadən, onun "Əl-Nəsr" klubunda illik gəlirinin 210 milyon avro olduğu qeyd edilir. Bu məbləğlə müqayisədə 255 avroluq cərimənin futbolçu üçün ciddi maliyyə itkisi olmadığı vurğulanır.
Qeyd edək ki, 2011-ci ildə Portuqaliya millisinin sabiq müdafiəçisi Rikardo Karvalyo da oxşar səbəbdən komandanın düşərgəsini icazəsiz tərk edib. Həmin vaxt futbolçu bir il müddətinə millidən kənarlaşdırılmışdı.
Ronaldo milliyə qayıtmaq istəmir?
"Record" nəşrinin məlumatına görə, Ronaldo ona tətbiq olunan cəzanın yüngülləşdirilməsini istəyib. "CNN Portugal" jurnalisti Rui Santos isə futbolçunun özünü heç kimə borclu hesab etmədiyini, ona qarşı münasibəti xəyanət kimi qəbul etdiyini və milliyə qayıtmaq niyyətində olmadığını bildirib.
Bununla belə, Portuqaliya Futbol Federasiyasının Ronaldonu komanda üçün vacib sima hesab etdiyi və onunla baş məşqçi arasındakı münasibətləri düzəltməyə çalışır.
Oxşar xəbərlər
Kriştiano Ronaldonun keçmiş sevgilisinə çoxlu pul təklif ediblər - SƏBƏB...
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb
-
Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
-
İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək
-
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər













