Azərbaycanda evlənənlərin yarıdan çoxu BOŞANIR
Far.Az xəbər saytı

Azərbaycanda evlənənlərin yarıdan çoxu BOŞANIR


Azərbaycanda nikah və boşanma göstəriciləri açıqlanıb

BAKU.WS-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2026-cı ilin yanvar-avqust aylarında 26 485 nikaha daxilolma və 13 278 boşanma halı qeydə alınıb.

Bu da onu göstərir ki, boşanmaların sayı nikahların sayının 50,1 faizini təşkil edib. Yəni qeydə alınan hər 100 nikaha təxminən 50 boşanma düşüb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,6-dan 3,9-a, boşanmaların sayı isə 2,0-dan 1,9-a enib.

Rəqəmlərdən aydın olur ki, ötən illə müqayisədə boşananların sayı ciddi dəyişməsə də, evlənənlərin sayı xeyli azalıb.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Rəqqasə Asena həyat yoldaşından buna görə boşanır
Castin Biber həyat yoldaşından boşanır?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər