Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə Qubada dərzi sexi açıb
Quba rayonunda yaşayan Vətən müharibəsi iştirakçısı Mirsəlim Məmmədov dövlət dəstəyi ilə kiçik sahibkarlıq fəaliyyətinə başlayıb. Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına cəlb olunan müharibə iştirakçısı lazımi avadanlıqlarla təmin edilib və o, dərzi sexi açıb.
Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Qubada yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən dərzi sexi artıq iki ildir ki, müştərilərə xidmət göstərir.
Mirsəlim Məmmədovun sözlərinə görə, işindən razıdır, müştərilərinin sayı və əldə etdiyi gəlir onu qane edir.
Müharibə iştirakçısı dərziliyin onun üçün yalnız gəlir mənbəyi deyil, həm də ailə ənənəsinin davamı olduğunu bildirir. Onun sözlərinə görə, ailəsində və nəsillərində bir çox insan dərziliklə məşğul olub. Mirsəlim Məmmədov da bu ənənəni davam etdirərək, özünün işini qurub.
Dövlət Məşğulluq Agentliyinin təqdim etdiyi avadanlıqlar onun sahibkarlıq fəaliyyətinə başlamasında mühüm rol oynayıb. Özünüməşğulluq proqramı çərçivəsində yaradılan bu imkan müharibə iştirakçısının peşə bacarıqlarından istifadə etməsinə, müstəqil gəlir əldə etməsinə və məşğulluğunu təmin etməsinə şərait yaradıb.
Qeyd edək ki, Mirsəlim Məmmədov Vətən müharibəsində könüllü iştirak edib. O, döyüşlərdə göstərdiyi xidmətlərə görə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu ilin sentyabr ayında açıqladığı məlumata əsasən, Vətən müharibəsindən sonrakı dövrdə Dövlət Məşğulluq Agentliyi şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərib. Onlardan 13 min 700 şəxs özünüməşğulluq proqramına cəlb edilərək, agentlik tərəfindən mal və materiallar formasında aktivlərlə təmin olunub. Onlar verilmiş aktivlər hesabına kiçik bizneslərini qurublar. Digərləri isə münasib işlərlə təmin edilib, habelə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb olunublar. Kursları bitirən şəxslərin məşğulluğunun təminatı həyata keçirilib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
-
Tehran rejimi təmsilçisinin kütlüyü – öz gözündə görmədiyi tir
-
Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı
-
Naxçıvanda bu il 117 yeni müəssisə fəaliyyətə başlayıb
-
Naxçıvanda fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası açılıb
-
Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək













