Azərbaycanın dəstəyi ilə Suriyada 100-dən çox məktəbi bərpa edilir
"ICESCO Azərbaycanın dəstəyi ilə Suriyada 100-dən çox məktəbi bərpa edir və daha 10 məktəb inşa edir, həmçinin Heydər Əliyev Fondu ilə birlikdə Burkina-Faso və Nigerdə qızların təhsilinə dəstək verir".
Far.Az "Report"a istinadla xəbər verir ki, bunu İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO ) baş katibi Salem bin Məhəmməd Əl-Malik Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq ICESCO-nun sülhə, mədəniyyətlərarası dialoqa və təhsilin inkişafına sadiqliyinə praktiki məzmun qazandırır.
O vurğulayıb ki, hər bir təhsil imkanı uşağın perspektivlərini genişləndirir və cəmiyyətin öz gələcəyinə inamını möhkəmləndirir.
Salem bin Məhəmməd Əl-Malik qeyd edib ki, liderliyin ən yüksək təzahürü sülhü mümkün etmək və onun qorunması üçün möhkəm təməl yaratmaq bacarığıdır.
"Bizi Bakıda bir araya gətirən ideyaya - dialoqun liderlərin məsuliyyəti və sülhün təməli olduğuna ICESCO-nun sadiqliyini bir daha təsdiq etmək mənim üçün böyük şərəfdir", - o bildirib.
Baş katib Bakı prosesinə daimi dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Onun sözlərinə görə, bu dəstək mədəniyyətlərarası dialoqu möhkəm beynəlxalq platforma ilə təmin edib. O əlavə edib ki, forum bu sadiqliyi insan ləyaqətinin qorunmasına yönəlmiş konkret qərarlarda təcəssüm etdirməyə çağırır.
Baş katib, həmçinin mənsubiyyət hissini dəstəkləyən və cəmiyyətlərə tarixi varislik hissini bərpa etməyə kömək edən mədəni irsin qorunub saxlanılmasının vacibliyini diqqətə çatdırıb.
O bildirib ki, ICESCO-nun iki texniki missiyası Qarabağ və Şərqi Zəngəzurda Ermənistanın işğalı nəticəsində mədəni irsin dağıdılmasını sənədləşdirib və onun qorunması, eləcə də bərpası üçün tədbirlər tövsiyə edib.
Bundan əlavə, Heydər Əliyev Fondunun və ICESCO-nun birgə təsis etdiyi "Natəvan Mədəni İrs Mükafatı" İslam dünyasında mədəni irsin qorunması və idarə edilməsi üzrə nümunəvi layihələri qeyd edir. Mükafat mədəni yaddaşı qoruyan və yerli inkişafa kömək edən təcrübələri təşviq etmək məqsədi daşıyır.
Salem bin Məhəmməd Əl-Malik, həmçinin sülh işinə xidmət etmək üçün 80-dən çox ölkədən 360-a yaxın gənc lideri birləşdirən ICESCO-nun Gənc Sülh Səfirləri Şəbəkəsindən danışıb. Onun sözlərinə görə, bu fəaliyyət davamlı dəstəyə layiqdir.
Baş katib iki praktiki prioritet təklif edib. Birinci prioritet yerli icmaların qüvvələri tərəfindən münaqişələrin qarşısının alınmasına investisiyaları nəzərdə tutur.
O, ikinci prioritet kimi münaqişələrdən zərər çəkmiş icmalarda təhsilə və mədəni irsə uzunmüddətli dəstəyin səfərbər olunmasını qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
-
Tehran rejimi təmsilçisinin kütlüyü – öz gözündə görmədiyi tir
-
Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı
-
Naxçıvanda bu il 117 yeni müəssisə fəaliyyətə başlayıb
-
Naxçıvanda fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası açılıb
-
Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək













