İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı?
15 gün əvvəl Abşeronun Masazır qəsəbəsində iki gəncin ölümü ilə nəticələnən qəzanı törədən sürücü həbs edildikdən 3 gün sonra sərbəst buraxılıb.
Far.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya qəzada həyatını itirən şəxslərdən biri - Fərid Yusifzadənin qardaşı Naib Yusifzadə məlumat verib.
Hadisə oktyabrın 11-i gecə saatlarında Masazır qəsəbəsindəki Duz gölünün kənarında baş verib.
Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "KIA Rio" markalı avtomobil qəfil qarşıdan gələn motosikletlə toqquşub. Çırpılma nəticəsində motosikletdə olan 21 yaşlı Allahverən Məlikov və 19 yaşlı Fərid Yusifzadə hadisə yerində ölüblər. İlkin araşdırma nəticəsində motosikleti idarə edən A.Məlikovun sürücülük hüququnun olmadığı müəyyənləşib.
Hadisə ilə bağlı "KIA Rio"nun sürücüsü Araz Mürsəlli Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma-ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib, Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bu qərardan verilən apellyasiya şikayətini isə Sumqayıt Apellyasiya Məhkəməsi təmin edib.
Hakim Elçin Məmmədov belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs ilk günlərdə istintaqdan yayınmayıb, ortada ekspert rəyi yoxdur və hadisənin necə baş verdiyi hələ tam aydın deyil. Qeyd olunan əsaslarla təqsirləndirilən şəxsin həbsdə qalmasına əsas görülməyib. Yeni qərarla Araz Mürsəlli barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib, o, məhkəmə zalında həbsdən azad edilib.
Fotoda: Araz Mürsəlli
Ağır qəzada həyatını itirən gənclərin yaxınları isə sonuncu qərarla razılaşmırlar. Zərərçəkmiş şəxslərin hüquqi varisləri Arazdan şikayətçidir, heç bir barışıq olmadığı halda sərbəst buraxılmasından narazıdırlar.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. Təqsirləndirilən şəxsə verilmiş ittiham gələcəkdə təsdiqini taparsa, onu 5 ildən 10 ilə qədər həbs gözləyir.
Oxşar xəbərlər
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Saxlanılan məşhurlar sərbəst buraxıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
-
Naxçıvanda bu il 117 yeni müəssisə fəaliyyətə başlayıb
-
DTX "Ceyhun Sabunçu"nu qətlə yetirənləri müəyyən edərək saxlayıb
-
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
-
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
-
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb













