Emin Hüseynov: Azad olunmuş ərazilərdə aparılan bərpa işləri digər ölkələr üçün maraqlı ola bilər
Far.Az xəbər saytı

Emin Hüseynov: Azad olunmuş ərazilərdə aparılan bərpa işləri digər ölkələr üçün maraqlı ola bilər


Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı bərpa-quruculuq işlərinə yanaşma digər ölkələr üçün maraqlı ola bilər.

"Report" xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Mədəniyyət mərkəzdə: SECURE ilə ortaq gələcəyə etibarlı yollar" adlı panel sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə bir sıra mədəni-tarixi abidələr artıq bərpa edilib:

"Həmin abidələrin bəzilərində xüsusi yanaşmalar tətbiq olunub. Bu yanaşmalar digər ölkələr üçün maraqlı ola bilər. O baxımdan, bu gün Ağdam, Füzuli və Xocavənd rayonlarında aparılan bərpa-quruculuq işlərindən geniş danışdıq".

Prezidentin xüsusi nümayəndəsi vurğulayıb ki, mədəni irs obyektlərinə münasibətdə konservasiya, əvvəlki vəziyyətinə qaytarma və ya müəyyən xüsusiyyətləri saxlanılmaqla yeni elementlərlə bərpa kimi üsullardan istifadə oluna bilər:

"Hansı yanaşmanın seçilməsi isə hər bir halda ayrıca təhlil edilir. İşğaldan azad olunmuş ərazilərdəki abidələr tam bərpa edildikdən sonra onların vahid konsepsiya əsasında beynəlxalq ictimaiyyətə daha geniş təqdim olunması üçün xüsusi tədbirlərin görülməsi planlaşdırılır".

Oxşar xəbərlər

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Yenilənib-2
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər