İsraildə parlament seçkilərində seçici fəallığı 2022-ci ilin göstəricilərini üstələyib
Far.Az xəbər saytı

İsraildə parlament seçkilərində seçici fəallığı 2022-ci ilin göstəricilərini üstələyib


İsraildə parlament seçkilərində seçici fəallığı yerli vaxtla saat 14:00-a (Bakı vaxtı ilə 16:00) 44,9 faiz təşkil edib ki, bu da 2022-ci ildə keçirilmiş seçkilərdə analoji dövr üçün olan göstəricidən 6 faiz bəndi yüksəkdir.

"Report" xəbər verir ki, bu barədə İsrail mediası Mərkəzi Seçki Komissiyasına istinadən məlumat yayıb.

2022-ci il seçkilərində həmin saata qədər seçicilərin 38,9 faizi səs verib. Hazırkı rəqəm 1973-cü ildən bəri qeyd olunan vaxt üçün ən yüksək göstərici olub.

Oktyabrın 27-də İsraildə 120 deputatdan ibarət Knessetin tərkibinin müəyyənləşəcəyi parlament seçkiləri keçirilir. Hökumətin formalaşdırılması üçün ən azı 61 parlamentarinin dəstəyi lazımdır.

Qeyd edək ki, 2022-ci il noyabrın 1-də İsraildə keçirilən parlament seçkilərində 4 794 593 nəfər səs verib. Yekun seçici fəallığı 70,63 faiz təşkil edib.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər