Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının Toxumçular Birliyinin (ECOSA) Daşkənddə keçirilən konqresinə qatılıb.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov "X" sosial şəbəkə hesabında yazıb.
Məlumat verilib ki, ECOSA-nın Toxumçuluq üzrə IX Konqresi aqrar sektorun inkişaf perspektivlərinin və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm platformadır. "Oktyabrın 27–28-də Daşkənddə keçirilən konqresin işində iştirak etdim", - səfir bildirib.
Tədbirin toxumçuluğun təkmilləşdirilməsi, kənd təsərrüfatı məhsullarının keyfiyyətinin artırılması və aqrar sahədə innovativ həllərin tətbiqi məsələlərinə həsr olunduğu qeyd olunub:
"Müxtəlif ölkələrin nümayəndələrinin konqresdə iştirakı təcrübə mübadiləsinə, aktual məsələlərin müzakirəsinə və beynəlxalq tərəfdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaradır".
🇦🇿🇺🇿 ECOSA-nın Toxumçuluq üzrə IX Konqresi aqrar sektorun inkişaf perspektivlərinin və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Oktyabrın 27–28-də Daşkənddə keçirilən konqresin işində iştirak etdim. Tədbir toxumçuluğun təkmilləşdirilməsi, kənd təsərrüfatı məhsullarının keyfiyyətinin artırılması və aqrar sahədə innovativ həllərin tətbiqi məsələlərinə həsr olunub. Müxtəlif ölkələrin nümayəndələrinin konqresdə iştirakı təcrübə mübadiləsinə, aktual məsələlərin müzakirəsinə və beynəlxalq tərəfdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaradır. ━━━━━━━━━━━━━ 🇺🇿🇦🇿 ECOSAning urug‘chilik bo‘yicha IX Kongressi agrar sektorni rivojlantirish istiqbollari va xalqaro hamkorlik masalalarini muhokama qilish uchun muhim maydon hisoblanadi. 27–28-oktabr kunlari Toshkentda bo‘lib o‘tayotgan kongress ishida ishtirok etdim. Tadbir urug‘chilikni takomillashtirish, qishloq xo‘jaligi mahsulotlari sifatini oshirish hamda agrar sohada innovatsion yechimlarni joriy etish masalalariga bag‘ishlangan. Turli mamlakatlar vakillarining kongressda ishtirok etishi tajriba almashish, dolzarb masalalarni muhokama qilish va xalqaro hamkorlikning yangi yo‘nalishlarini belgilash imkonini beradi. #ECOSA #Toxumçuluq #Azərbaycan #Özbəkistan #Daşkənd #ECOSA #Urugʻchilik #Ozarbayjon #Oʻzbekiston #Toshkent
— Dr. Rashad Mammadov (@R_Eynaddinoglu) October 27, 2026
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Özbəkistandakı elmi konfrans iştirakçıları İmam Buxari məqbərəsini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
-
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
-
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
-
Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
-
Ukraynada dronların istehsalında donuz piyindən istifadə edilir?













