Bart Ovri: Aİ Azərbaycanla münasibətləri geosiyasi çərçivədən kənarda inkişaf etdirməlidir
Avropa İttifaqı Azərbaycanı yalnız regional vəziyyət və geosiyasət prizmasından deyil, həm də ikitərəfli münasibətlərin sabitliyinə töhfə verə biləcək iqtisadi əməkdaşlıq baxımından nəzərdən keçirməlidir.
"Far.Az"un Avropa bürosu xəbər verir ki, bunu Egmont Beynəlxalq Münasibətlər İnstitutunun baş direktoru Bart Ovri Brüsseldə keçirilən "Azərbaycan və Avropa İttifaqı: Yeni perspektivlər" mövzusunda forumda bildirib.
"İqtisadi əməkdaşlığın ikitərəfli münasibətlərin sabitləşdirici amili kimi dərinləşdirilməsi mühüm arqumentlərdən biridir", - o deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər mürəkkəb geosiyasi şəraitdə inkişaf edir. Belə bir vəziyyətdə Avropa tərəfinin Bakı ilə əməkdaşlığı yalnız regional və geosiyasi baxımdan qiymətləndirməməsi vacibdir.
Azərbaycanın Avropa institutları, o cümlədən Avropa Parlamenti ilə təmaslarını şərh edən B. Ovri müxtəlif mövqelərin praktiki siyasətə təsirini qiymətləndirərkən Avropa İttifaqının hüquqi və institusional xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyini qeyd edib.
Bununla yanaşı, o, dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Azərbaycan nümayəndələri ilə Avropa institutları arasında müzakirələr mövcud fikir ayrılıqlarını daha yaxşı anlamağa və münasibətlərin inkişafı üçün yollar tapmağa kömək edir.
"Müzakirəmizin əsas nəticəsi qarşılıqlı əlaqələrin qurulmasının və dialoqun davam etdirilməsinin zəruriliyidir", - B. Ovri bildirib.
O, forumda səsləndirilən ideyaların siyasi qərarlarda əksini tapacağına ümid etdiyini də qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
-
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
-
Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq













