Afrikalı fəal dövlət səviyyəsində praktiki inkluzivlik fondunun yaradılmasını təklif edib
Dövlət səviyyəsində praktiki inklüzivlik fondunun təsis edilməsi təklif olunub.
"Far.Az" məlumat verir ki, bu təkliflə afrikalı fəal, gender üzrə məsləhətçi və icma lideri Anais Roxanne Dagrou Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilmiş "Bilik, söz haqqı və liderlik: ortaq gələcək naminə müxtəlif mədəniyyətlərdə qadınların və qızların imkanlarının genişləndirilməsi" adlı panel sessiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, həmin fondda toplanan vəsaitlər gənc analar, əlilliyi olan, eləcə də ucqar kəndlərdə yaşayan qızların savadlılığının artırılmasına yönəldilə bilər:
"Eyni zamanda süni intellektlə əlaqədar tədris metodikaları məktəb proqramlarına daxil edilməlidir. Bu sayədə şagirdlər uşaq yaşlarından başlayaraq hər il mərhələli şəkildə süni intellektdən istifadə bacarıqlarına yiyələnə biləcəklər".
Oxşar xəbərlər
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Yenilənib-3
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Yenilənib-2
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı?
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













