Baku Steel Company Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim etdi
Far.Az xəbər saytı

Baku Steel Company Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim etdi


"Baku Steel Company" QSC 21–23 oktyabr 2026-cı il tarixlərində Türkmənistanın paytaxtı Aşqabadda keçirilmiş "Türkmənistanın Neft və Qazı" (OGT 2026) 31-ci Beynəlxalq Konfrans və Sərgisində öz stendi ilə təmsil olundu.

Enerji sektorunun davamlı inkişafı, qlobal enerji bazarındakı aktual tendensiyalar və Türkmənistanın neft-qaz sənayesinə investisiya imkanlarına həsr olunan tədbir müxtəlif ölkələrdən sənaye şirkətlərini və biznes nümayəndələrini bir araya gətirdi.

Baku Steel Company sərgidə armatur, katanka, boru, pəstah və ferrosilisium məhsullarını nümayiş etdirdi. Stend ziyarətçilərinə məhsulların texniki xüsusiyyətləri, tətbiq sahələri və beynəlxalq keyfiyyət standartlarına uyğunluğu barədə məlumat verildi.

BSC-nin OGT 2026 üçün hazırladığı stend sərginin "Ən yaxşı stend dizaynı" mükafatına layiq görüldü. Mükafat stendin yaradıcı həllinə, peşəkar dizaynına və yüksək səviyyədə təqdimatına görə verildi.

Tədbir çərçivəsində şirkət nümayəndələri potensial tərəfdaşlarla B2B görüşlər keçirərək regional bazarlardakı tələbatı, mümkün əməkdaşlıq istiqamətlərini və qarşılıqlı maraq doğuran layihələri müzakirə etdilər.

OGT 2026-da iştirak Baku Steel Company üçün beynəlxalq bazarlarda mövqeyini möhkəmləndirmək, yeni işgüzar əlaqələr qurmaq və ixrac coğrafiyasını genişləndirmək baxımından əhəmiyyətli oldu.

ŞİRKƏT HAQQINDA

"Baku Steel Company" QSC Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir və tikinti, infrastruktur və sənaye sektorları üçün yüksək keyfiyyətli polad məhsulları istehsal edir.

Ətraflı məlumat üçün: www.bakusteel.com

Oxşar xəbərlər

Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər