Azərbaycanda KOB-ların "yaşıl enerji" şəbəkəsinə qoşulması üçün əsas şərt açıqlanıb
Azərbaycanda kiçik və orta biznesin (KOB) bərpa olunan enerji şəbəkəsinə qoşulması üçün şəbəkə məcəlləsi ("Grid Code" - red.) lazımdır.
"Far.Az" xəbər verir ki, bunu "Masdar" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Murad Sadıxov bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.
Onun sözlərinə görə, "AzərEnerji" ASC şəbəkə məcəlləsi ilə bağlı böyük işlər görür: "Yəni bu şəbəkə məcəlləsi qəbul olunsa, şərtlər, qanunlar və qaydalar hamı üçün eyni olacaq, investisiyaların cəlb olunması üçün daha şəffaf və aydın qaydalar tətbiq ediləcək. Bizim birinci stansiyamız olan "Qaradağ" günəş elektrik stansiyası (GES) artıq üç ildir ki, fəaliyyət göstərir. 2023-cü ilin oktyabrında istifadəyə verilmiş bu stansiyada bu günə qədər 1,5 milyard kVt/saatdan artıq enerji istehsal olunub və şəbəkəyə ötürülüb. Bu da öz növbəsində 670 min ton karbon dioksid qazının havaya buraxılmasının qarşısını alıb və 350 milyon kubmetr qaza qənaət edilməsini təmin edib".
M.Sadıxov qeyd edib ki, "Biləsuvar" GES (445 MVt) bu ilin sonuna qədər istifadəyə verilə bilər: "Neftçala" GES (315 MVt) isə gələn ilin sonuna qədər istifadəyə verilməlidir. Gələn ilin əvvəlində isə 200 MVt-lıq "Abşeron" külək elektrik stansiyasının tikintisinə başlanılacaq. Bunların hamısı Azərbaycan iqtisadiyyatına və onun enerji keçidinə böyük töhfə verəcək".
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
"UFC Fight Night Baku": Nazim Sadıxov məğlub olub - YENİLƏNİB-3
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
-
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı?













