İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib"
"Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən və Akademiya üzvünün Nizamnamə ilə müəyyən olunmuş tələblərini pozan cinayət hərəkətlərinə yol verib".
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsi ilə bağlı AMEA Rəyasət Heyətinin iclasında deyib.
İ.Həbibbəyli qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində 14 il müddətinə azadlıqdan məhrumetmə haqqında qərar çıxarılıb:
"Müstəqil dövlətimizin konstitusiya quruluşunun dəyişdirilməsi üçün planlar quran Ramiz Mehdiyevin törətdiyi cinayət əməlləri müstəqil dövlətçiliyimizə xəyanətdir, Akademiyanın üzvü adına yaraşmayan, alim adını hörmətdən və nüfuzdan salan bağışlanmaz hərəkətlərdir. Dövlətə xəyanət etmiş, məhkəmə tərəfindən ağır cəzaya məhkum edilmiş Ramiz Mehdiyev AMEA-nın üzvlüyündə qala bilməz".
AMEA Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsi səsə qoyularaq qəbul edilib.
Bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasına üzvlərin seçkisi, hüquqları və vəzifələrinə dair Əsasnamənin tələbinə görə AMEA Rəyasət Heyətinin bu qərarı AMEA Ümumi Yığıncağı tərəfindən təsdiq olunmalıdır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Ramiz Mehdiyev AMEA-dan tam uzaqlaşdırıldı
İsa Həbibbəyli: Ramiz Mehdiyev AMEA üzvünün Nizamnamə ilə müəyyən olunan tələblərini pozub
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
-
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
-
Bratislavadan Bakıya ilk aviareys yola düşüb
-
U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəlib
-
Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub
-
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib













