İsa Həbibbəyli: Ramiz Mehdiyev AMEA üzvünün Nizamnamə ilə müəyyən olunan tələblərini pozub
Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən və Akademiya üzvünün Nizamnamə ilə müəyyən olunmuş tələblərini pozan cinayət hərəkətlərinə yol verib.
"Report"un məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsi ilə bağlı AMEA Rəyasət Heyətinin iclasında deyib.
İ. Həbibbəyli qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində 14 il müddətinə azadlıqdan məhrumetmə haqqında qərar çıxarılıb:
"Müstəqil dövlətimizin konstitusiya quruluşunun dəyişdirilməsi üçün planlar quran Ramiz Mehdiyevin törətdiyi cinayət əməlləri müstəqil dövlətçiliyimizə xəyanətdir, Akademiyanın üzvü adına yaraşmayan, alim adını hörmətdən və nüfuzdan salan bağışlanmaz hərəkətlərdir. Dövlətə xəyanət etmiş, məhkəmə tərəfindən ağır cəzaya məhkum edilmiş Ramiz Mehdiyev AMEA-nın üzvlüyündə qala bilməz".
AMEA Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsi səsə qoyularaq qəbul edilib.
Bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasına üzvlərin seçkisi, hüquqları və vəzifələrinə dair Əsasnamənin tələbinə görə AMEA Rəyasət Heyətinin bu qərarı AMEA Ümumi Yığıncağı tərəfindən təsdiq olunmalıdır.
Qeyd edək ki, Ramiz Mehdiyev barəsində ötən il Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə cinayət işi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Ramiz Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olmasına qərar verilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - Cinayət işinin DETALLARI
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













