Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır artilleriya və ballistik raket hücumlarına məruz qoyub.
Belə ki, Ermənistan silahlı qüvvələri 2020-ci ilin oktyabrın 28-də Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və bir sıra ticarət obyektlərinin yerləşdiyi əraziyə qadağan olunmuş kaset bombaları və raket zərbələri endirib.
Hücum nəticəsində şəhid olan dinc sakinlərin yaxınları Baku TV-yə danışaraq həmin günü xatırlayıblar. Şəhid Amil Cəfərovun həyat yoldaşı onun ən böyük arzusunun övladlarını məktəbə aparıb-gətirmək olduğunu deyib:
"Həyat yoldaşım şəhid olanda uşaqlarım körpə idi. Aysun onda heç danışa bilmirdi. Qızının dilindən "ata" sözünü eşidə bilmədi".
Şəhid Ruslan Abbasovun anası Səadət Abbasova isə hücumun baş verdiyi gün oğlunu çox axtardığını, daha sonra isə ölüm xəbərini aldığını kədər içində xatırlayıb:
"Raket hücumu nəticəsində oğlumun bədənində 16 qəlpə var idi. Bu gün bizim üçün çox ağır gündür, anaların balaları ilə öldüyü gündür. Biz bu gün yaşayırıqsa, şəhidlərimizin sayəsində yaşayırıq. Onların hər birinə borcluyuq", - deyə şəhid Məhərrəm Mustafayevin anası bildirib.
Hücum zamanı xəsarət alan Elçin Şirinov isə partlayışın baş verdiyi anı və yaşadığı dəhşəti belə nəql edib:
"Qəfildən çox güclü partlayış oldu. Gördüm ki, idarə etdiyim maşın yanır, ayağım zədələnib. Çətinliklə maşından çıxa bildim. Çox qan itirmişdim. Burada çoxlu yaralılarımız, çox sayda şəhidlərimiz oldu. Allah şəhidlərimizə rəhmət etsin".
Qeyd edək ki, 2020-ci il oktyabrın 5, 8, 27 və 28-də, eləcə də noyabrın 7-də Bərdə şəhərinin raket və ağır artilleriya atəşinə tutulması nəticəsində ümumilikdə 29 nəfər həlak olub, 112 nəfər yaralanıb. Hücumlar nəticəsində şəhərin mülki infrastrukturuna, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.
Oxşar xəbərlər
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Vətən müharibəsinin başlamasından 4 il ötür
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
-
Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb













