Qafqaz Media Forumunda rəqəmsal transformasiya və yeni kommunikasiya modelləri müzakirə edilib
Hazırkı dövrdə sosial şəbəkələr ön sıraya keçsə də, bu, klassik medianın öz aktuallığını itirməsi anlamına gəlmir.
"Far.Az" məlumat verir ki, bu fikirləri Qafqaz Media Forumunda "Rəqəmsal transformasiya: Media, sosial şəbəkələr və yeni kommunikasiya modelləri" adlı panel müzakirədə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin direktoru və mətbuat xidmətinin rəhbəri Şahin Əliyev səsləndirib.
Onun sözlərinə görə, DOST-un hədəf auditoriyasının əhəmiyyətli hissəsini yaşlı vətəndaşlar və pensiyaçılar təşkil edir və onlar bu günə qədər ənənəvi media vasitələrindən faydalanmağa davam edirlər:
"Ən azı, bu insanlar evdə televizora baxır və müəyyən informasiyaları televiziya kanalları vasitəsilə öyrənirlər. Ona görə də klassik kommunikasiya vasitələrini nəzərdən qaçırmırıq. Eyni zamanda, yeni platformalara da önəm veririk".
APA TV-nin baş direktoru Orxan Məmmədli süni intellektlə əlaqədar bir sıra çətinliklərin ortaya çıxdığını qeyd edib:
"Məsələn, bizə müəyyən material və şəkil göndərilir, lakin bir müddət keçdikdən sonra həmin vizual kontentin real olmadığı, hər hansı proqram təminatı ilə yaradıldığı aşkar olur. Bu vəziyyət redaktorlar və jurnalistlər üçün əlavə verifikasiya zəhmətinə səbəb olur. Materialların doğruluğunu təsdiqləmək üçün ciddi əmək sərfi tələb olunur".
Ombudsman Aparatının rəsmisi Həşim Güləmirov rəqəmsal media sahəsində insan hüquqlarının qorunması barədə geniş məlumat təqdim edib.
Sonra auditoriyanın suallarına cavablar verilib.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
-
Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb













