CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
Far.Az xəbər saytı

CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib


ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran mətbuatının kommersiya gəmilərinin Hörmüz boğazından keçərkən dəniz minalarına dəyərək partlaması barədə məlumatlarını təkzib edib.

"Report" xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki hesabında edilən paylaşımda qeyd olunub.

"Hörmüz boğazından keçmək üçün bütün əsas, beynəlxalq səviyyədə tanınmış marşrutlar Amerika qüvvələri tərəfindən dəniz minalarından təmizlənib və təmizdir", - məlumatda bildirilib.

İran mətbuatında kommersiya gəmilərinin Hörmüzdə dəniz minalarına düşərək partlaması ilə bağlı iddialar yalan adlandırılıb.

CENTCOM-dan həmçinin bildirilib ki, minlərlə kommersiya gəmisi bu marşrutlardan təhlükəsiz şəkildə keçib və onlardan istifadəyə davam edir.

Daha əvvəl İran xəbər agentlikləri İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadla gəmilərin Hörmüz boğazından keçərkən dəniz minalarına dəyərək partlaması barədə dəfələrlə məlumat yayıb. Bununla yanaşı, gəmilərlə bağlı insidentlərə dair hesabatlar dərc edən Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) bir sıra hallarda belə gəmilərin naməlum mərmilərlə vurulduğunu bildirmişdi.

Oxşar xəbərlər

"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər