Məryəm Uzerli ilk dəfə Bakıya gəlir
Bütün dünyada "Muhteşem Yüzyıl" serialındakı "Hürrəm Sultan" rolu ilə məşhurlaşan türkiyəli aktrisa Məryəm Uzerli Azərbaycan paytaxtına ilk dəfə səfər edəcək.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, aktrisa baş rollardan birini canlandırdığı "İmrozda Bahar" filminin premyerası üçün ölkəmizə gələcək.
Filmin Bakıdakı premyerası noyabrın 4-nə planlaşdırılıb.
Rejissoru Özcan Alper olan "İmrozda Bahar" filmi, tarixi adı İmroz olan Türkiyənin Gökçeada bölgəsində cərəyan edən romantik dramdır.
Süjet xətti yaradıcılıq böhranı yaşayan yazıçı Arif (Halit Ergenç) ətrafında cərəyan edir, yazıçı ilhamını yenidən tapmaq ümidi ilə adaya yollanır. Orada o, üç il əvvəl həm həyat yoldaşını, həm də oğlunu itirmiş Sonya (Meryem Uzerli) ilə tanış olur. Onlar arasında tədricən yaranan bağ, hər ikisinə keçmişdəki ağrıları ilə üzləşməyə və həyata yenidən başlamaq ehtimalını nəzərdən keçirməyə kömək edir.
Oxşar xəbərlər
"Muhteşem Yüzyıl Kösem"də sevgili idilər - 10 il sonra bir araya gələcəklər
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb













