Kim Çen In Şimali Koreyanın yeni hərbi gəmisinin tikintisini yoxlayıb
Far.Az xəbər saytı

Kim Çen In Şimali Koreyanın yeni hərbi gəmisinin tikintisini yoxlayıb


Şimali Koreya lideri Kim Çen In Nampo Gəmiqayırma Zavodunu ziyarət edərək yeni gəminin tikintisi ilə tanış olub.

"Far.Az"un məlumatına görə, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi xəbər verib.

Agentliyin məlumatına görə, gəmiqayırma zavodu istehsal proseslərini modernləşdirməyə davam edir və yeni gəminin tikintisi sürətləndirilmiş templə davam edir. Kim Çen In gəmini yoxlayıb və işin gedişatını nəzərdən keçirib.

Şimali Koreya lideri bildirib ki, gəmi müasir müharibənin xüsusiyyətləri nəzərə alınmaqla dizayn edilib və mürəkkəb əməliyyat tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. Onun sözlərinə görə, gəmi dizayn mərhələsindən etibarən düşünülmüş unikal əməliyyat imkanlarına malik güclü döyüş sistemi olmalıdır.

"Müasir müharibə, qlobal inkişaf tendensiyaları və ölkəmizin spesifik şərtləri nəzərə alınmaqla mürəkkəb döyüş tapşırıqlarını yerinə yetirmək üçün hazırlanmış yeni gəmi dünyanın heç bir dövlətində olmayan əməliyyat imkanlarına malik döyüş sistemi kimi yaradılır", - agentlik Kim Çen Inın sözlərin sitat gətirib.

Gəminin sinfi, tutumu və texniki xüsusiyyətləri açıqlanmayıb.

Oxşar xəbərlər

Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığını yoxlayıb
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Zakir Həsənov döyüş atışlı taktiki təlimin gedişatını yoxlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər