DSX-nin zabiti: Sərhəd pozucularına qarşı odlu silahın tətbiqi son zərurətdir
Far.Az xəbər saytı

DSX-nin zabiti: Sərhəd pozucularına qarşı odlu silahın tətbiqi son zərurətdir


Sərhəd pozucularına qarşı odlu silahın tətbiqi son zərurətdir.

Far.Az"un Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı Babəkar Sərhəd Zastavasında Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının hərbi qulluqçusu, baş leytenant Qoşqar Behbudzadə deyib.

O bildirib ki, DSX-nin Sərhəd Qoşunları istənilən şəraitdə peşəkar heyəti, gecəgörmə cihazları, dronlar, termal kameralar, eləcə də son nəsil texnoloji vasitələrlə dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirir:

"Eyni zamanda, bizdə “KS 205” müşahidə sistemləri mövcuddur. Həmin sistemlər vasitəsilə çətin relyefdə sərhəd pozucuları vaxtında aşkar olunur. Dövlət sərhədinin toxunulmazlığı daim nəzarətimizdədir. Sərhədlərimizi etibarlı şəkildə mühafizə və müdafiə edirik.

Sərhəd pozucularına qarşı odlu silah son zərurət vasitəsidir. Onlarla mübarizə hüquq-mühafizə orqanlarının təlimatına uyğun tənzimlənir. Sərhəd pozucuları dövlət sərhədini pozmağa cəhd göstərdikdə, silahlı müqavimət göstərdikdə və digər hallarda sərhəd naryadı qanunla müəyyən olunmuş qaydalarla silah tətbiq edir”.

Oxşar xəbərlər

İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər