Sahil Babayev: "Dövlət qurumlarının maddi-texniki təminatı ilə bağlı xərclər büdcəyə daxil edilib"
Məqsədli büdcə fondları ləğv olunacaq, onların vəsaitləri dövlət büdcəsinə daxil edilərək müvafiq istiqamətlər üzrə bölüşdürüləcək.
"Far.Az" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2027-ci ilin büdcə zərfinin müzakirəsinə həsr olunmuş bugünkü iclasında bildirib.
Onun sözlərinə görə, gələn ildən məqsədli büdcə fondları və büdcədənkənar gəlirlərlə bağlı yeni siyasət həyata keçiriləcək: "Məqsədli büdcə fondları ləğv olunacaq, həmin vəsaitlər dövlət büdcəsinə daxil edilərək iqtisadi, funksional və inzibati təsnifat üzrə müvafiq istiqamətlərə yönəldiləcək".
Büdcədənkənar xərclərin böyük hissəsi ilə bağlı da müvafiq tədbirlərin görüldüyünü qeyd edən S. Babayev vurğulayıb ki, Hesablama Palatasının qaldırdığı bölüşdürülməyən vəsait məsələsi, xüsusilə büdcədənkənar vəsaitlərlə bağlı problem 2028-ci ilin büdcəsində demək olar ki, tamamilə aradan qalxacaq. Bununla əlaqədar Prezidentin imzaladığı yeni fərman da mövcuddur.
Nazirin sözlərinə görə, əksər dövlət qurumlarının maddi-texniki təminatı ilə bağlı xərclər artıq büdcəyə daxil edilib və büdcədənkənar vəsaitlərdən çıxarılıb: "Hazırda üç qurum istisna olmaqla, digər qurumların büdcədənkənar vəsaitlərində yalnız əməkhaqqı xərcləri qalıb".
O əlavə edib ki, növbəti il əməkhaqqı sahəsində aparılacaq islahatlar çərçivəsində həmin üç qurumun əlavə xərclərinin də büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilməsinə ehtiyac qalmayacaq: "Beləliklə, büdcədənkənar vəsaitlər ilkin təyinatına uyğun olaraq yalnız əməyin ödənişinin stimullaşdırılması məqsədilə istifadə ediləcək.
Bu yanaşma vəsaitlərin tam bölüşdürülməsinə imkan verəcək və Hesablama Palatasının qaldırdığı məsələni də həll edəcək".
S. Babayev bildirib ki, Hesablama Palatasının cari və əsaslı xərclərin, eləcə də borcun bölgüsü ilə bağlı qeydləri mühüm əhəmiyyət daşıyır və bu məsələlər üzrə mövcud yanaşma növbəti dövr üçün nəzərdə tutulan siyasətlə üst-üstə düşür.
Nazir qeyd edib ki, gəlirlərin ayrı-ayrı seqmentləri üzrə səsləndirilən təkliflərin bir qismi ilə də razılıq var və bu istiqamətdə müvafiq düzəlişlər aparılacaq.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb













