Keniya 23 mindən çox dövlət xidmətini rəqəmsal formata keçirib
Far.Az xəbər saytı

Keniya 23 mindən çox dövlət xidmətini rəqəmsal formata keçirib


Keniya 23 mindən çox dövlət xidmətini rəqəmsal formata keçirib.

"Far.Az" xəbər verir ki, bu barədə Keniyanın dövlət qulluğu, insan kapitalının inkişafı və xüsusi proqramlar naziri Ceffri Kirinya Ruku (Geoffrey Kiringa Ruku) Bakıda keçirilən "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" adlı beynəlxalq tədbirdə bildirib.

O deyib ki, ölkə əhali üçün həmin xidmətlərə çıxışı asanlaşdırmaq və bürokratik maneələri azaltmaq məqsədilə bu addımı atıb.

Onun sözlərinə görə, 2024-cü ildə hökumət dövlət xidmətləri sisteminin gənc nəslin ehtiyaclarına uyğunlaşdırılmasının zəruriliyini dərk edib:

"Hökumət sürətlə hərəkət etməli idi. Bütün dövlət xidmətlərinin əhali üçün əlçatanlığını təmin etmək məqsədilə biz məhz bunu etdik. Bunun üçün biz "eCitizen" platforması vasitəsilə 23 mindən çox xidməti rəqəmsal formata keçirdik".

O vurğulayıb ki, rəqəmsallaşma islahatların yeganə istiqaməti deyil.

Rukunun sözlərinə görə, ölkədə həmçinin internetə çıxışı olmayan və ya rəqəmsal xidmətlərdən istifadə edə bilməyən vətəndaşlara "vahid pəncərə" prinsipi ilə işləyən və dövlət xidmətləri göstərən "Huduma" mərkəzləri fəaliyyət göstərir: "Öz modelinə görə onlar bir çox cəhətdən Azərbaycanın "ASAN xidmət" sistemini xatırladır"

O əlavə edib ki, bu cür mərkəzlər o cümlədən ölkənin ucqar rayonlarında fəaliyyət göstərir və vətəndaşlara böyük məsafələr qət etmək məcburiyyətində qalmadan lazımi xidmətləri əldə etməyə imkan verir.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər