Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Türkmənistanda səfərdədir.
Səfər çərçivəsində Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Azərbaycan və Türkmənistan arasında tarixən formalaşmış dostluq münasibətləri və dövlət başçılarının siyasi iradəsi sayəsində inkişaf edən əlaqələrin əhəmiyyəti vurğulanıb.
Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin sədri Oğulcənnət Berdiliyeva ölkəsində əmək hüquqlarının qorunması, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və həmkarlar ittifaqı üzvlərinə dəstək mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Mərkəzin sədri rəhbərlik etdiyi təşkilatın Azərbaycan həmkarlar ittifaqları ilə əlaqələrin genişləndirilməsində və qarşılıqlı təcrübə mübadiləsində maraqlı olduğunu qeyd edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyəti, əmək hüquqlarının müdafiəsi, rəqəmsallaşma prosesi və innovativ təşəbbüslər, eləcə də üzvlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.
Konfederasiya sədri çıxışında reallaşdırılan sosial layihələr, üzvlərə göstərilən hüquqi yardım, həmçinin yollayış sisteminin rəqəmsal transformasiyası və sanatoriya-kurort xidmətlərinin modernləşdirilməsi sahəsindəki yenilikləri diqqətə çatdırıb.
Tərəflər 2026-cı ilin mayında Bakıda imzalanmış Əməkdaşlıq Memorandumundan irəli gələn vəzifələrin icra vəziyyəti, əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.
Azərbaycan nümayəndə heyəti həmçinin Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Oxşar xəbərlər
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Türkmənistanda Azərbaycanın Zəfər Günü qeyd edilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb
-
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar













