Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayacaqlar
Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə hökumətləri "təmiz enerji" sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayacaq.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Qlobal Yaşıl Yük Dəhlizləri Təşəbbüsü üzrə nazirlər səviyyəsində tədbirdə iştirak edəcək.
Tədbir çərçivəsində Mariam Kvrivişvili Azərbaycan, Bolqarıstan və Türkiyənin energetika nazirləri ilə birlikdə dörd ölkənin hökumətləri arasında "təmiz enerji" sahəsində strateji tərəfdaşlıq haqqında sazişi imzalayacaq.
Nazirliyin məlumatına görə, tədbir Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi, BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) təşkilatçılığı ilə keçirilir.
Dəyirmi masa formatında keçiriləcək müzakirələrdə Türkiyənin təşəbbüsü ilə yaradılan Qlobal Yaşıl Yük Dəhlizləri Təşəbbüsünün perspektivləri nəzərdən keçiriləcək. Təşəbbüs beynəlxalq yük daşımalarının dayanıqlı inkişafına töhfə vermək və nəqliyyatın ətraf mühitə təsirini azaltmaq məqsədi daşıyır.
Platforma ölkələr, beynəlxalq təşkilatlar, maliyyə institutları və özəl sektor arasında əməkdaşlığı nəzərdə tutur. Əsas istiqamətlərə nəqliyyat dəhlizlərində yaşıl infrastrukturun inkişafı, təmiz enerji və innovativ texnologiyaların tətbiqi, rəqəmsal və multimodal əlaqələrin genişləndirilməsi, eləcə də yaşıl layihələrə investisiyaların cəlb edilməsi daxildir.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Pezeşkian Türkiyəyə yola düşüb
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













