Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
Far.Az xəbər saytı

Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb


Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev icraçı vitse-prezident Fərrux Mahmudovla birgə millinin oyunçunuları və məşqçi heyəti ilə görüşüb.

"Far.Az" xəbər verir ki, görüş zamanı qurum rəsmiləri İsveçrə ilə baş tutacaq vacib oyun öncəsində yığma üzvlərinə mənəvi dəstək olublar.

Federasiya prezidenti Emin Əmrullayev milli komandanın Azərbaycanın basketbol tarixində yeni uğurlar qazanmaq potensialına malik olduğunu vurğulayaraq, basketbolçularımızın ölkəmizi layiqincə təmsil etmək üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.

Qeyd edək ki, Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində İsveçrə ilə keçirəcəyi oyun noyabrın 24-də, saat 14:00-da start götürəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Mehriban Əliyevanın doğum günüdür
Mehriban Əliyeva - Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi
Azərbaycan millisinin baş məşqçisi: Məqsədlərimizdən biri heyəti 40-50 faiz yeniləməkdir - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər