Çörək məhsullarının hazırlandığı un məmulatları sexindən FOTOREPORTAJ
Far.Az xəbər saytı

Çörək məhsullarının hazırlandığı un məmulatları sexindən FOTOREPORTAJ


Çörək məmulatları insanın əsas qida məhsullarından biridir.

Far.Az PhotoStock.az-a istinadən xəbər verir ki, müxtəlif ölkələrdə çörəyin adambaşına sutkalıq istehlak norması 150 qramdan 500 qrama qədər təşkil edir.

Çörəyin tərkibində zülallar, karbohidratlar, vitaminlər, mineral maddələr, yeyinti lifləri kimi insan orqanizmi üçün vacib olan bir çox qida maddələri vardır. İnsan çörəyi istehlak edərək karbohidratlara olan tələbatının təxminən yarısını, zülallara olan tələbatının üçdə birini ödəyir.

Çovdar, yaxud kəpəkli buğda unundan hazırlanan çörəklər isə yeyinti liflərinə olan tələbatı demək olar ki, tam şəkildə qarşılayır.

Çörək məmulatlarının istehsal prosesi xəmirin hazırlanması, bölünməsi, bişirilməsi və çörəyin paketlənərək ticarət şəbəkəsinə göndərilməsi mərhələlərini əhatə edir.

PhotoStock.az-ın əməkdaşları müxtəlif növ çörək məhsullarının hazırlandığı un məmulatları sexindən fotoreportaj hazırlayıblar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
F1: Azərbaycan Qran-prisinin ilk günündən - FOTOREPORTAJ
İki ordu arasında qalan Ukraynanın xaraba kəndlərindən - FOTOREPORTAJ
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər