Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır
Far.Az xəbər saytı

Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır


Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir.

"Far.Az"un Avropa bürosunun məlumatına görə, bunu Avropa İttifaqı Şurasının sədri Antonio Koşta Dublində Aİ dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Avropa liderləri həm iqtisadiyyatın məhsuldarlığının və dövlət xidmətlərinin keyfiyyətinin artırılması imkanlarına, həm də onunla bağlı risklərə diqqət yetirərək, süni intellektin ilk dərinləşdirilmiş müzakirəsini aparıblar. Onun sözlərinə görə, görüş iştirakçıları 2027-ci ilin fevralında keçiriləcək növbəti qeyri-rəsmi sammitdə süni intellektin müzakirəsinə qayıtmaq barədə razılığa gəliblər.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen öz növbəsində, Avropanın süni intellekt infrastrukturunun genişləndirilməsi planlarını təqdim edib.

O bildirib ki, Aİ-də tədqiqatçılar və startaplar üçün açıq olan 19 AI-fabrik artıq yaradılıb və hazırda daha böyük yeddi AI-qiqafabrikin qurulmasına hazırlıq gedir. Onun sözlərinə görə, bu layihələrə təqribən 30 milyard avronun ayrılması planlaşdırılır.

Fon der Lyayen vurğulayıb ki, texnoloji suverenliyə nail olmaq üçün Avropaya ən azı 500 milyard avro, o cümlədən çip istehsalının, hesablama güclərinin və qabaqcıl süni intellekt modellərinin inkişafına investisiyalar tələb olunacaq. O qeyd edib ki, 2025-ci ildə Aİ müəssisələrinin orta hesabla 37%-i süni intellektdən istifadə edib. İttifaq ölkələri arasında bu göstəricinin 66%-ə çatdığı Finlandiya liderlik edib.

Oxşar xəbərlər

İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər