Argentinada qaz kəmərinin partlaması nəticəsində onlarla insan xəsarət alıb
Argentinanın Buenos-Ayres şəhərətrafında yerləşən Remedios-de-Eskalada şəhərində qaz kəmərinin partlaması və ardınca başlayan yanğın nəticəsində 20 nəfər xəsarət alıb.
Bu barədə "Far.Az" yerli mətbuata istinadən xəbər verir.
Bələdiyyə orqanlarının məlumatına görə, partlayış "MetroGAS" şirkətinin qazpaylayıcı şəbəkəsinin yenilənməsi işləri zamanı baş verib. Podratçı təşkilatın əməkdaşları tərəfindən istifadə olunan texnika orta təzyiqli borunu zədələyib ki, bu da qaz sızmasına və ardınca partlayışa səbəb olub.
Hadisə nəticəsində 20 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdiriliblər. Beş nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Yeni partlayışlar təhlükəsi səbəbindən səlahiyyətlilər yaxınlıqdakı evlərin sakinlərini, eləcə də məktəb, qocalar evi və kommersiya obyektlərindəki insanları təxliyə ediblər. Hadisə baş verən ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır













