Füzulidə toydan qayıdan müəllim və şagirdləri qəzada həlak oldular: Təfərrüat - Adlar
Far.Az xəbər saytı

Füzulidə toydan qayıdan müəllim və şagirdləri qəzada həlak oldular: Təfərrüat - Adlar


Ötən gün axşam saatlarında Füzuli rayonu Böyük Bəhmənli kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin adları məlum olub.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, qəzada ölən, "Opel" markalı avtomobilin sürücüsü, 1987-ci il təvəllüdlü Seymur İsmayılov, 2009-cü il təvəllüdlü Turan Əsgərov və 2009-cu il təvəllüdlü Əhəd Heydərzadədir.

S.İsmayılov riyaziyyat müəllimi olub. O, Füzuli rayon Mirzə Uluqbəy adına tam orta məktəbin riyaziyyat müəllimi çalışırdı. Həmçinin T.Əsgərov və Ə.Heydərzadədə sözügedən məktəbin 11-ci sinif şagirdləri olublar. Məktəbin digər iki şagirdi isə xəsarət alıb. Onların hamısı Füzuli rayon sakinləridir və toy mərasimindən qayıtdıqları bildirilir.

Qeyd edək ki, qəza nəticəsində ümumilikdə 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

***09:25

Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb, 4-ü xəsarət alıb.

Bu barədə Far.Az-ə Baş Dövlət Yol Polisi İdarəsindən (DYP) məlumat verilib.

Bildirilib ki, hadisə noyabrın 13-ü saat 23 radələrində rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb. Belə ki, Füzuli sakinləri Seymur İsmayılovun idarə etdiyi "Opel" və Mustafa Musayevin idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub. Nəticədə "Opel"in sürücüsü və iki sərnişini hadisə yerində dünyasını dəyişib. Həmin avtomobilin digər iki sərnişini, həmçinin "VAZ-2104"ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Füzulidə toydan qayıdan müəllim və şagirdləri qəzada həlak oldular: Təfərrüat - Adlar

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib
Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər