Füzulidə avtoqəzada xəsarət alan dörd nəfərin vəziyyəti ağırdır - Yenilənib-2
Füzuli rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan dörd nəfərin vəziyyəti ağırdır.
Bu barədə "Far.Az"un Qarabağ bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlar Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyyələrinin çox saylı travmaları diaqnozu təyin edilib.
Xəsarət alan şəxslərdən 1 nəfəri Cərrahiyyə şöbəsində, 3 nəfəri isə Reanimasiya şöbəsində müalicə alır.
Xəsarət alan şəxslərdən 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Füzuli rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
"Far.Az"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, qəza nəticəsində "Opel" markalı minik avtomobilinin sürücüsü Seymur Pəhləvan oğlu İsmayılov, maşındakı sərnişinlər - Əhəd Nəsimi oğlu Heydərzadə və Turan Elcan oğlu Əsgərov hadisə yerində ölüblər.
Hadisə zamanı avtomobildə olan digər sərnişinlər - Rəvan Elnur oğlu Abbaszadə və Ramazan Elnur oğlu Cəfərov, həmçinin "VAZ-2104" markalı avtomobilin sürücüsü Mustafa Həsənqulu oğlu Mustafayev və onun qızı Rəmziyə Mustafa qızı Mustafayeva ağır xəsarətlər alıblar.
Onlar Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma davam etdirilir.
Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb, 4-ü xəsarət alıb.
Bu barədə "Far.Az"a Baş Dövlət Yol Polisi İdarəsindən (DYP) məlumat verilib.
Bildirilib ki, hadisə noyabrın 13-ü saat 23 radələrində rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb. Belə ki, Füzuli sakinləri Seymur İsmayılovun idarə etdiyi "Opel" və Mustafa Musayevin idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub. Nəticədə "Opel"in sürücüsü və iki sərnişini hadisə yerində dünyasını dəyişib. Həmin avtomobilin digər iki sərnişini, həmçinin "VAZ-2104"ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib













