Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama
Vərəm xəstələrinin dərmanlarını qəbul edib-etmədikləri görüntülü zənglər vasitəsilə yoxlanılır.
BAKU.WS xəbər verir ki, bu barədə "Bakupost"a vərəm xəstəliyindən əziyyət çəkən vətəndaşlar məlumat veriblər.
Məsələ ilə bağlı sorğuya cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bu təcrübənin tətbiq olunduğu təsdiqlənib.
Qurumdan bildirilib ki, Ağciyər Xəstəlikləri Mərkəzi (AXM) tərəfindən vərəmli xəstələrin müalicəsinin fasiləsizliyini təmin etmək, dərman qəbuluna gündəlik nəzarəti gücləndirmək və tibbi xidmətlərin əlçatanlığını artırmaq məqsədilə birbaşa və videonəzarətli müalicə üsulları tətbiq olunur:
TƏBİB-in məlumatına görə, DOT (Directly Observed Treatment) birbaşa nəzarət altında müalicə üsuludur:
"Bu yanaşma vərəm xəstələrinin müalicəsində 1950-ci illərdən istifadə olunmağa başlanmış, 1994-cü ildən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təşviq edilən DOTS strategiyasının əsas komponentlərindən birinə çevrilmişdir. VOT (Video Observed Therapy) - Videonəzarət Altında Müalicə üsuludur. 2000-ci illərin sonlarından tətbiq olunmağa başlayan bu üsul 2017-ci ildə ÜST tərəfindən uyğun şəraitdə ənənəvi birbaşa müşahidəyə alternativ kimi tövsiyə edilmişdir".
Qeyd edilib ki, hazırda AXM-in ambulator xidmət göstərən müəssisələrində vərəm əleyhinə dərman preparatları təcili tibbi yardım avtomobilləri vasitəsilə xəstələrin yaşadıqları ünvanlara çatdırılır:
"Dərmanların qəbulu müəssisələrdə yaradılmış DOT otaqlarında tibb işçilərinin birbaşa müşahidəsi, həmçinin xüsusi videonəzarət otaqları vasitəsilə məsafədən izlənilir".
Oxşar xəbərlər
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib
Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı olub
Xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa 86 yaşında vəfat etdi
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













