Qaxda torpaq məcralı kanallar lildən təmizlənir, selə qarşı mübarizə tədbirləri aparılır
Qax rayonunda meliorativ tədbirlər çərçivəsində suvarma kanallarının lildən təmizlənməsi, beton üzlüyə alınması, yeni subartezian quyularının qazılması, çay məcralarının təmizlənməsi və daş-beton bəndlərin tikilməsi işləri aparılır.
Bu barədə "Far.Az"un Şimal-qərb bürosuna Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, suvarma suyunun əkin sahələrinə itkisiz və daha tez çatdırılması üçün torpaq məcralı kanallar texnikalar vasitəsilə lildən təmizlənir. Bunun üçün rayonun kəndlərində yerləşən kanallara texnikalar cəlb olunub.
İdarə tərəfindən rayon ərazisində suvarmanın yaxşılaşdırılması istiqamətində görülən işlərlə paralel olaraq selə qarşı mübarizə tədbirləri də həyata keçirilir. Belə ki, zaman-zaman sel gətirən Kürmük çayında məcra təmizləmə, o cümlədən daş beton bəndlər təmir olunur. Bununla da ətraf ərazilər üçün yarana biləcək sel təhlükəsinin qarşısı alınır.
Qeyd edək ki, Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayonun əkin sahələrinin suvarma suyu ilə təminatı və çaylarda selə qarşı mübarizə tədbirləri ilə bərabər əhalinin içməli su təchizatını da həyata keçirir.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Qaxda selə qarşı tədbirlər gücləndirilib, dağ çaylarında mühafizə işləri görülür
Şəkidə suvarma mövsümü yekunlaşıb, dağ çaylarında mühafizə tədbirləri görülür
Azərbaycanda bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
Xaçmazda qəhvəyi məxmər bağacıqları yenidən yayılıb, zəruri tədbirlər görülür
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib













